Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-may aylarında 1 mln. 21 min şəxsə 937 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.
BUTA.TV xəbər verir ki, onlardan 505 min nəfərə dövlət büdcəsi hesabına müavinət olaraq 529 milyon manat, 407 min nəfərə Prezident təqaüdü olaraq 339 milyon manat, 109 min nəfərə isə sosial sığorta hesabına müavinət olaraq 69 milyon manat ödəniş edilib.
Ödənilən vəsait keçən ilin müvafiq dövrünə nisbətən dövlət büdcəsi hesabına müavinətlər üzrə 15 faiz, təqaüdlər üzrə isə 17 faiz çox olub.
Yanvar-may aylarında daha 64 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 944 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
- Anası ilə alış-verişə çıxmışdı, həmin gün həyatı əbədi dəyişdi - 24 il sonra evə döndü… - Fotolar
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq