Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda ittiham edilən şəxslərə hökm oxunub.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, məhkəmənin hökmü ilə paytaxt sakini 1987-ci il təvəllüdlü Rəşad Knyazov 9, qardaşı 1990-cı il təvəllüdlü Urfan isə 8 il 6 ay həbsə məhkum edilib.
Araşdırmalarla müəyyən edilib ki, onlar əmisi oğlanları Ayxan Knyazovla birgə Elşad Bəyov adlı şəxsi oğurlayaraq Xaçmazın Ukuroba kəndindən Bakıya gətiriblər.
Belə ki, Ayxanın tanışı olan qadınla münasibətdə olan Elşad həmin qadından hədə-qorxu yolu ilə pul alıb və daha sonra qaytarmayıb. Bundan sonra Ayxanın istəyi ilə əmisi oğlanları avtomobillə Bakıdan Xaçmaza gediblər. Onlar qadının anasının evinə daxil olduqda artıq Elşadın döyüldüyünü görüblər və əl-ayağını bağlayıb, ağzına əski parçası tıxayaraq “Toyota Prius” markalı avtomobilin yük yerinə yerləşdiriblər. Daha sonra Elşadı Hövsan qəsəbəsinə gətirərək bir gün orada girov saxlayıblar. Növbəti gün o həmin evdən qaçaraq xilas olmağı bacarıb.
Xəbəri rus dilində oxuyun: Мужчину связали и привезли в Баку в багажнике из-за долга женщине
Qeyd edək ki, cinayətdə iştirak edən şəxslərin, eləcə də E.Bəyovun dini qruplaşma üzvü olduğu məlum olub.
Cinayətdə iştirak etməkdə şübhəli bilinən A.Knyazov isə axtarışa verilib.
Bundan başqa, zərərçəkmiş şəxs olan Elşad Bəyov barəsində ayrıca cinayət işi də açılıb.
- Anası ilə alış-verişə çıxmışdı, həmin gün həyatı əbədi dəyişdi - 24 il sonra evə döndü… - Fotolar
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq