Xaçmazın turizm bölgəsində sel sularının sıradan çıxardığı yolda təmir işlərinin son mərhələsinə başlanılıb.
BUTA.TV Azərtac-a istinadla xəbər verir ki, aprel-mart aylarında leysan yağışları nəticəsində yaranan sel suları rayonun İstisu qəsəbəsi ərazisində yolun çökməsinə səbəb olmuşdu. Həmin vaxtdan Nabrana gedənlər İstisu qəsəbəsinin içərisindən keçən, həmçinin Yalama istiqamətindəki alternativ yollardan istifadə edirlər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xaçmaz-Xudat-Yalama avtomobil yolunun 60-cı kilometrliyindəki qəzalı vəziyyətin aradan qaldırılması üçün təmir-bərpa işləri görülüb. Yolun dağılan hissəsindəki köhnə suötürücü boru yenilənib. Yeni tikilən 14 metr uzunluğundakı suötürücü qurğunun hündürlüyü 2, eni 3 metrdir. Suötürücü borunun ətrafı möhkəmləndirildikdən sonra yolun dağılan hissəsinə yeni asfalt döşənəcək.
Təmir-bərpa işlərinin iyun ayı ərzində başa çatdırılması nəzərdə tutulub.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
- Mehdiyevin qəzada ölən qızının sürücülük hüququ olmayıb...
- Azərbaycanda onlara vergi güzəştləri ediləcək
- Yeni maliyyələşmə mexanizmi yaradılır
- “Sabah”ın ikinci mərhələdəki rəqibi bəlli oldu - Yenilənib
- Xaçmaz Dəmiryol Vağzalının binasını əsaslı təmir edilir - Video
- Bakıda bu ərazidə yanğın başladı
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
- “Qarabağ”ın 2-ci mərhələdəki rəqibləri - “Beşiktaş”, “Tvente”…