Aktauda baş verən təyyarə qəzası ilə bağlı Azərbaycan və Rusiya liderləri siyasi müdriklik nümayiş etdirdilər.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, rusiyalı politoloq İqor Korotçenko deyib.
"Telefon danışığının yekunu üzrə prezidentlər araşdırmanın aparılmasında birgə zəruri köməkliyin göstərilməsi barədə razılığa gəliblər və düşünürəm ki, Rusiya hava məkanında Azərbaycan təyyarəsi ilə baş vermiş faciəli hadisənin Moskva və Bakı arasında dövlətlərarası və tərəfdaşlıq münasibətlərinə təsir etməməsi üçün hər şeyi edərək siyasi müdriklik nümayiş etdiriblər", - o qeyd edib.
İ.Korotçenko vurğulayıb ki, Əliyev və Putinin birbaşa əlaqə kanalı və ən mürəkkəb məsələlərlə bağlı tez və operativ şəkildə qərarlar qəbul etmək imkanı var:
"Hesab edirik ki, baş vermiş faciənin bütün səbəblərini müəyyən etməyə və müvafiq olaraq zəruri hüquqi nəticələr çıxarmağa imkan verəcək iş aparılacaq".
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
- Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın