Füzelyajın (qəzaya uğramış təyyarənin – red.) dəlik-deşik olması quş versiyasını tamamilə gündəlikdən çıxardı.
BUTA.TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlətmizin başçısı təəssüflə qeyd edib ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər.
“Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir”.
Təbiidir ki, təyyarənin qəsdən vurulmadığını diqqətə çatdıran Prezident qeyd edib ki, öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik.
- Əliyevlə Paşinyan bununla bağlı göstəriş verdilər - Ermənistan XİN
- İrəvan Zəngəzur dəhlizi ilə bağlı buna razıdır - Təcili
- Xüsusi təyinatlılar azərbaycanlılara görə polis şöbələrinə hücum etdi
- XİN Əbu-Dabi görüşü ilə bağlı məlumat yaydı
- Əliyevlə Paşinyanın görüşündə iştirak edən ən maraqlı sima...
- Əbu-Dabi görüşü: Razılıq əldə olundu
- Əbu-Dabi görüşü: Rusiyadakı qrup hərəkətə keçdi
- Xocalı soyqırımı zamanı yaralanmış şəxsdən ürək sızladan açıqlama