Çeçenistan rəhbəri Ramzan Kadırovun sosial şəbəkələrdə video-müraciəti yayılıb.
BUTA.TV xəbər verir ki, xüsusən erməni mediasının da həvəslə tirajladığı video-müraciətdə Kadırov onu təhqir edənləri bağışlamayacağını bildirir.
O özünü qorumaq üçün heç bir qanuna məhəl qoymayacağını deyib:
“Əgər məni haqsız yerə ittiham etsəniz və ya təhqir etsəniz, şərəf və ləyaqətimə toxunmağa cəhd etsəniz, özümü qorumaq üçün qanuna arxalanmayacağam. Ailəmi, xalqımı və namusumuzu qorumaq üçün hər vasitədən istifadə edəcəyəm. Xalqıma, ailəmə və ya özümə hörmətsizlik edənlərə müvafiq cavab veriləcək. Bunu sizə söz verirəm” - deyə o bildirib.
Bəzi sosial şəbəkə istifadəçiləri və erməni mediası isə bunu Kadırovun guya azərbaycanlıları hədələməsi kimi qələmə verməyə çalışıb. Halbuki video-müraciətdə ümumiyyətlə Azərbaycanın və azərbaycanlıların adı çəkilmir.
Əslində isə video-müraciət 2022-ci il 13 yanvara aiddir və bu barədə Rusiyanın rəsmi xəbər agentlikləri də məlumat paylaşıb. Həmin vaxt Çeçenistan və İnquşetiya arasında bir neçə kəndə görə mübahisə yaranmışdı və bəzi inquşlar Kadırovu ən ağır sözlərlə təhqir etmişdilər. R.Kadırov isə onlara bu video-müraciətlə cavab vermişdi.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı hava məkanında HHM qüvvələrinin hücumuna məruz qalıb və təyyarə ciddi zədələnib. Bundan sonra təyyarənin Qroznı və Mahaçqala hava limanlarına enişinə icazə verilməyib. Qazaxıstana uçmağa məcbur olan təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb.
- Deputatdan pensiyalarla bağı mühüm izah
- Şıxlinski Azərbaycandakı məhbuslarla mübadilə ediləcək?
- Bakıda 90 yaşlı kişi turnikdən yıxılıb, öldü
- Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır
- Bakıda güclü partlayış: 16 yaşlı yeniyetmə öldü
- 16 yaşlı yeniyetmə öldü, yaralılar var - Yasamalda partlayış
- Sumqayıtda 20 yaşlı qadın çimərlikdə boğuldu
- İlham Əliyevdən Trampa məktub