Aktau yaxınlığında baş vermiş aviasiya hadisəsini araşdıran komissiya 17 beynəlxalq ekspertin iştirakı ilə iclas keçirib.
BUTA.TV xəbər verir ki, komissiya tərəfindən iş planı müəyyən edilib. Belə ki, komissiya tam tərkibdə hadisə yerinə baş çəkəcək, hava gəmisinin elementlərinin toplanması üçün anqarı nəzərdən keçirəcək və hava gəmisinin elementlərinin toplanmasına başlanılması tarixi ilə bağlı birgə qərar qəbul edəcək.
Komissiyanın işinin məqsədi aviasiya hadisəsinin səbəblərini müəyyənləşdirmək və gələcəkdə bu cür halların qarşısının alınması üçün tövsiyələr hazırlamaqdır.
Aviasiya hadisəsini araşdıran komissiyaya Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev rəhbərlik edir.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı hava məkanında HHM qüvvələrinin hücumuna məruz qalıb və təyyarə ciddi zədələnib. Bundan sonra təyyarənin Qroznı və Mahaçqala hava limanlarına enişinə icazə verilməyib. Qazaxıstana uçmağa məcbur olan təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb.
- Azərbaycanda elektron tiarətlə bağlı yeni qayda müəyyən edilir
- Rəqəmsallaşma ölkənin inkişaf modelinin əsas dayağıdır
- İH aydınlıq gətirdi: "Göyərçin" abidəsinin yanında ağacların kəsilməsi...
- Cərimənin məcburi qaydada tutulması qaydası dəyişir
- Milli Məclis bələdiyyələrin illik hesabatını qəbul etdi
- Bakıda temperatur 20 dərəcəyə yüksələcək
- Minimum maaşla bağlı təklif 3-cü oxunuşdan keçdi
- Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü