Almaniyanın bir sıra aparıcı media qurumları Prezident İlham Əliyevin “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı fikirlərini geniş işıqlandırıb.
BUTA.TV xəbər verir ki, “Bild”, “Şpigel”, “Zeit”, “Tagesşpigel” qəzetlərində, “Döç Velle”, “Velt”, “Tagesşau” televiziyalarında yayımlanan xəbərlərdə dövlətimizin başçısının sərnişin təyyarəsinin Rusiya ərazisində olarkən radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salındığını, yerdən açılan atəş nəticəsində quyruq hissəsinin böyük dərəcədə zədələndiyini qeyd etdiyi bildirilib. Eləcə də Prezident İlham Əliyevin hadisənin baş verməsindən sonrakı üç gün ərzində qəzanın səbəbləri ilə bağlı Rusiya tərəfindən cəfəng fikirlərin səsləndirilməsi və bununla da hadisənin əsl səbəbinin ört-basdır edilməsinə cəhd göstərilməsi barədə açıqlamaları xüsusi vurğulanıb.
Xəbərlərdə dövlətimizin başçısının “Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir”, - fikri sitat gətirlib.
Mediada yer alan informasiyalarda Azərbaycan Prezidentinin təyyarənin Rusiya tərəfindən qəsdən vurulduğunu güman etmədiyi, lakin Rusiyadan öz günahını etiraf etməyi, təqsirkarları cəzalandırmağı və təzminat ödəməyi tələb etdiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, xəbərlərdə dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı zamanı təyyarə qəzası ilə bağlı üzrxahlığını ifadə etdiyi xatırlanıb.
- Deputatdan pensiyalarla bağı mühüm izah
- Şıxlinski Azərbaycandakı məhbuslarla mübadilə ediləcək?
- Bakıda 90 yaşlı kişi turnikdən yıxılıb, öldü
- Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır
- Bakıda güclü partlayış: 16 yaşlı yeniyetmə öldü
- 16 yaşlı yeniyetmə öldü, yaralılar var - Yasamalda partlayış
- Sumqayıtda 20 yaşlı qadın çimərlikdə boğuldu
- İlham Əliyevdən Trampa məktub