Suriyada Azərbaycan səfirliyinin bərpası məsələsi müzakirə olunur.
BUTA.TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə jurnalistlərə açıqlamasında bildirilib.
Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.
XiN rəsmisi deyib ki, nümayəndə heyəti keçid hökumətinin xarici işlər naziri ilə müvafiq görüş keçirib:
"Suriya ilə Azərbaycan arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib. Bildiyiniz kimi, Azərbaycanın Suriyada səfirliyi 2012-ci ildən fəaliyyət göstərmir. Hazırda Suriyada Azərbaycan səfirliyinin bərpası məsələsi də sözügedən görüşdə müzakirə olunur".
- Bu sahələrdə 20% azalma var - Səbəb
- Müayinə üçün xəstəxanaya gedən qadın öldü
- Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - Video
- Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Fotolar
- Dənizkənarı yolda maşın quyuya düşdü - Video
- Fatimənin qətli: atasından mülklər qalıbmış...
- Qaradağda faciə: başına dəmir düşən kişi öldü
- Deputatdan pensiyalarla bağı mühüm izah