Çin hakimiyyəti Azərbaycan Hava Yolları (AZAL) və Cənubi Koreyanın “Jeju Air” şirkətlərinin iştirakı ilə baş vermiş son qəzalardan sonra riskləri aradan qaldırmaq üçün ölkə daxilində əks tədbirlər görüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının Mülki Aviasiya İdarəsinin təhlükəsizlik üzrə direktoru Şu Minszyan deyib.
“Azərbaycan və Cənubi Koreyada baş vermiş son böyük aviasiya qəzaları ilə əlaqədar olaraq, Mülki Aviasiya İdarəsi hazırkı mərhələdə əsasən bir neçə istiqamətlərdə işləməyə başlayıb. Əvvəlcə, təcili cavab tələb edən təhlükəsizlik risklərinin qarşısının alınması üçün tədbirlərin məqsədyönlülüyü və effektivliyi artırılıb. Daha sonra idarə tərəfindən ölkə daxilində hava limanlarında yoxlamalar həyata keçirilib və müvafiq risklərə qarşı fəal şəkildə mübarizə aparmaq üçün enmə zolaqlarında təhlükəsizlik təhdidlərinin hərtərəfli müəyyən olunması təmin edilib”, - direktor bildirib.
Onun sözlərinə görə, qəzalara səbəb ola biləcək quşların hava limanlarının ərazisindən qorxudulmasına və sıxışdırılmasına xüsusi diqqət yetirilir:
"Biz fövqəladə hallara cavab təlimlərini gücləndirəcəyik və cavab tədbirlərinin səmərəliliyini artıracağıq”.
- Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın