Dünyanın ən bahalı şəhərlərinin son reytinqini “Numbeo” nəşr edib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, yenilənmiş versiyaya 327 şəhər daxildir.
Sıralamada əsas meyar Nyu-Yorkdakı qiymətlərə əsaslanan xüsusi indeksdir ki, bu, 100%-lik başlanğıc nöqtə hesab olunur. Burada yemək, kirayə haqqı, restoranların qiyməti və əhalinin alıcılıq qabiliyyəti nəzərə alınır.
İlk onluqda beş İsveçrə şəhəri (birinci yerdə Sürix, ikinci yerdə Lozanna, üçüncü yerdə Cenevrə, beşinci yerdə Bazel və altıncı yerdə Bern), dörd ABŞ şəhəri (dördüncü yerdə Nyu-York, yeddinci yerdə San Fransisko, səkkizinci yerdə Honolulu, və onuncu yerdə Boston) və bir İslandiya təmsilçisi (Reykyavik doqquzuncu yerdədir) qərarlaşıb.
London 14-cü, Paris 35-ci, Amsterdam 36-cı, Milan 68-ci, Brüssel 69-cu, Roma 144-cü, Praqa 160-cı, Lissabon 161-ci, İstanbul 188-ci, Pekin 209-cu, Antalya 217-ci yerdədir.
Bakı da bu siyahıya düşüb və 252-ci yeri tutub.
Müqayisə üçün:
Riqa – 163-cü yer;
Vilnüs – 165-ci yer;
Varşava – 167-ci yer;
İrəvan – 184-cü yer;
Tbilisi – 236-cı yer;
Moskva – 250-ci yer;
Kiyev – 266-cı yer;
Astana – 275-ci yer;
Minsk – 283-cü yer;
Sankt-Peterburq – 285-ci yer;
Odessa – 290-cı yer;
Lvov – 292-ci yer;
Kazan – 302-ci yer;
Kalininqrad – 306-cı yer.
- Müayinə üçün xəstəxanaya gedən qadın öldü
- Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - Video
- Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Fotolar
- Dənizkənarı yolda maşın quyuya düşdü - Video
- Fatimənin qətli: atasından mülklər qalıbmış...
- Qaradağda faciə: başına dəmir düşən kişi öldü
- Deputatdan pensiyalarla bağı mühüm izah
- Şıxlinski Azərbaycandakı məhbuslarla mübadilə ediləcək?