Makronun simasında Fransa və AB, Britaniya və ABŞ Qroznıda hava hücumundan müdafiə sistemi səbəbindən qəzaya uğrayan Azərbaycan təyyarəsi faciəsindən istifadə edərək Rusiya ilə Azərbaycanı qarşı-qarşıya qoymağa çalışırlar. Bunun üçün güclü kampaniya aparırlar.
BUTA.TV xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, iki ölkənin arasını vurmağa çalışanlar arasında Rusiya daxilində qüvvələr də az deyil:
“Rusiyanın daxilindən də belə cəhdlər edilir. Bunlar Fransanın agentləridir? Yaxud Antanta agentləridir? Çox güman ki, yox. Daha çox, ənənəvi olaraq, türkfob qüvvələrlə əlaqəli şəxslərdir.
Azərbaycanda politoloq Vladimir Karasevin hansısa siyasi fantaziyalarla Prezident İlham Əliyevi təhqir etmək cəhdləri narazılıq doğurub. Bakıda sual verirlər: bu, Rusiyanın yeni siyasəti deyilmi? Cavab verirəm: Xeyr, bu, Rusiyanın siyasətinə qarşı aparılan intriqalardır.
Qeyd etmək lazımdır ki, politoloq Vladimir Karasev az tanınır. Bu, tanınmış politoloqlar Vladimir Kornilov və ya Vadim Karasev deyil. İndiyə qədər az tanınan politoloq Vladimir Karasev indi məşhur olacaq - Rusiya İctimai Palatasının rüsvayçılığı kimi. Ümid edirəm ki, İctimai Palata bu rüsvayçılıqdan xilas ola biləcək.
Vladimir Karasev özünü İctimai Palatanın nəzdindəki Koordinasiya Şurasının üzvü adlandırır. Bu, əlavə yoxlanılmalıdır. Xoşbəxtlikdən, o, Rusiyanın İctimai Palatasının üzvü deyil və bu cür bəyanatlardan sonra heç vaxt üzvü olmayacaq. Çünki onun Rusiya ilə Azərbaycanı qarşı-qarşıya qoymaq cəhdləri Rusiya Prezidenti Vladimir Putinin siyasətinə tamamilə ziddir.
İlham Əliyev Vladimir Putinin dostudur. Rusiya və Azərbaycan müttəfiqdir. İlham Əliyev Qərbin təzyiqlərindən çəkinmədən müharibənin başladığı günlərdə Rusiya ilə müttəfiqlik müqaviləsi imzaladı. Rusiya ilə Azərbaycanı qarşı-qarşıya qoymaq cəhdləri antirusiya siyasətidir və bunu daha sərt şəkildə göstərmək lazımdır”.
- Ayxan Hacızadə Paşinyana cavab verdi
- MB-dən yeni qərar: Kredit faizlərinə necə təsir edəcək?
- Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Deputat
- Karasevin Bakıya dil uzatmasına Kremldən cavab
- Medvedyev: Əliyevin sonuncu sərt bəyanatlarından sonra...
- Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
- Zəngəzur dəhlizi üçün yüzmilyonlar xərcləmişik. Niyə? - Video
- Pezeşkian Azərbaycana səfərə hazırlaşır