Türkiyə terrorçu SDQ (Suriya Demokratik Qüvvələri) ilə gərginliyi azaltmaq məqsədi ilə təhlükəsiz zona yaratmaq üçün Suriya sərhədi boyunca fransız qoşunların yerləşdirilməsi təklifini qətiyyətlə rədd edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Middle East Eye” məlumat yayıb.
“ABŞ-ın Suriyadakı hərbi əməliyyatlarında iştirak edən bəzi böyük olmayan Avropa ölkələri müəyyən məsələlərdə öz maraqlarını irəli sürməyə çalışırlar, lakin bu, nə özlərinə, nə də regiona real fayda gətirir”, - deyə Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirdiyi mətbuat konfransında bildirib.
O əlavə edib ki, biz öz planımızı irəli sürərkən Amerikanın qüdrətinin arxasında gizlənməyə çalışan ölkələrlə əlaqə saxlamırıq.
Fidan vurğulayıb ki, ABŞ-ın dəstəklədiyi əcnəbi SDQ döyüşçüləri, o cümlədən PKK üzvləri - Suriya vətəndaşı olsalar belə - ölkəni tərk etməlidirlər.
Fidanın sözlərinə görə, Türkiyə Fransanın Suriya ilə bağlı fikirlərini ancaq Paris Suriyada təkbaşına - ABŞ-ın dəstəyi olmadan - hərbi əməliyyatlar keçirmək, bazalar yaratmağa hazır olacağı təqdirdə ciddi qəbul edəcək:
“Əgər Fransa Suriyada hərəkətə keçmək niyyətindədirsə, ilk növbədə terrorçu olan və Suriya düşərgələrində saxlanılan vətəndaşlarını geri qaytarmalı, mühakimə və həbs etməlidir”.
- Elşən İbrahimov Rusiyadan deportasiya olunur
- Baş nazir mühüm qərar imzaladı
- DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi
- Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı
- Nazir bu ölkələrin rəsmiləri ilə görüşdü - Video
- Azərbaycanı Ukraynanın bərpası konfransında bu şəxs təmsil edəcək
- Rusiyada həbs edilən azərbaycanlılarla bağlı yeni xəbər
- Əliyevlə Paşinyanın görüşü niyə BƏƏ-də keçirilir?