Nə üçün bu qərar Bakının razılığı olmadan verilir? - Zaxarova

16:32 - 16 Yanvar 2025 - GÜNDƏM

 Nə üçün bu qərar Bakının razılığı olmadan verilir? - Zaxarova

Moskvanın Ermənistandakı Avropa Birliyinin (AB) missiyasına münasibəti mənfidir.

BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

AB missiyasının Ermənistanda qalma müddətinin uzadılmasının mümkünlüyü ilə bağlı sualı cavablandıran Rusiya XİN sözçüsü Ermənistan-Azərbaycan sərhədində atışmaların davam etdiyini qeyd edib.

Zaxarova vurğulayıb ki, AB missiyası Cənubi Qafqaz regionuna yad cisimdir:

Bu xəbər hal-hazırda çox oxunur
Əsgərimiz özünü öldürüb - Rəsmi

“Əminik ki, Cənubi Qafqaz qarşısında dayanan bütün məsələlər xaricdən müdaxilə olmadan region ölkələrinin kollektiv səyləri ilə həll oluna bilər. Belə bir sual vermək istəyirəm: Əgər AB missiyası sabitliyə nail olmaqda bu qədər qərarlıdırsa, nə üçün mandatının uzadılması qərarı, eləcə də o vaxt missiyanın yerləşdirilməsi qərarı Bakının razılığı olmadan verilir, nə üçün regionda vəziyyətin yaxşılaşdırılmasında xüsusi marağı olan regional oyunçunun rəyi nəzərə alınmır?”


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol