Təxminən bir həftə əvvəl Baş nazir Nikol Paşinyanın sözçüsü Ermənistan rəhbərinin yanvarın 20-də Davosda başlayan Dünya İqtisadi Forumunda iştirak edəcəyini açıqlamışdı. Forum bu il “Ağıllı dövr üçün əməkdaşlıq” devizi altında keçirilir. Beynəlxalq tədbir yanvarın 24-dək davam edəcək.
BUTA.TV Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Past” yazır.
Erməni nəşri bildirir ki, forumda 350-dən çox hökumət, o cümlədən 60 dövlət başçısının iştirakı planlaşdırılır:
“ABŞ Prezidenti Donald Tramp videobağlantı vasitəsilə foruma qoşulacaq.
Azərbaycan Prezidenti İlham Əliyevə də dəvət göndərilib. Əliyev dünən Davosa gedib, onun artıq müxtəlif ölkələrin liderləri ilə görüşləri olub. Almaniya Kansleri Olaf Şoltsla görüşdə Azərbaycan təyyarəsinin vurulması ilə bağlı aparılan araşdırmaların gedişi, Bakı-Berlin münasibətləri, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivləri və digər məsələlər müzakirə olunub. Şolts Almaniyanın Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması səylərini dəstəklədiyini bildirib.
Bu gün yanvarın 22-dir, Paşinyan hələ getməyib, onun gedib-getməməsi ilə bağlı rəsmi məlumat yoxdur. Əslində, Paşinyan Davosa getməkdən, “sevimli” Qərbin nümayəndələri ilə görüşlərdən imtina edir. Yeri gəlmişkən, Davosda Paşinyanla Əliyev arasında görüş ola biləcəyi ilə bağlı xəbər yayılmışdı. Görünür, Ermənistan baş naziri Davosa həmin görüşdən yayınmaq üçün getmir”.
- Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi
- AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər
- AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
- Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı
- Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
- Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu
- Kreml Bakı və İrəvandan bunu gözləyir
- Gözümlə görmüşəm, Bakı ilə imzalanan sazişdə... - Manukyan