Rusiya xarici işlər naziri Sergey Lavrovun Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları suallar doğurur.
Bu sözləri BUTA.TV-a politoloq Turab Rzayev Sergey Lavrovun Zəngəzurda Rusiyanın mövcudluğunun genişləndirilməsi perspektivləri ilə bağlı fikirlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Moskvanın bu mövzuda atdığı addımları Ermənistan dəstəkləməyib və bundan sonra da dəstəkləməsi ehtimalı yoxdur:
“Zəngəzur dəhlizinə nəzarətin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarına verilməsi nəzərdə tutulmuşdu. Bu proses üçtərəfli bəyanatın 9-cu maddəsində əks olunmuşdu. Ancaq Ermənistanın bu təklifə qarşı çıxması Rusiyanın dəhliz üzərində nəzarət ambisiyalarını çətinləşdirib. Üstəlik, Ermənistan ABŞ-la hərbi əməkdaşlıq müqavilələri imzalayaraq və Avropa Birliyi missiyasını Azərbaycan-Ermənistan sərhədinə dəvət edərək, Rusiyanın regiondakı təsirini daha da zəiflədib”.
Turab Rzayev qeyd edib ki, Ermənistan artıq Zvartnots hava limanından və İranla sərhəddən rus sərhədçiləri çıxarıb:
“Bu, Ermənistanın Rusiyanın təsirindən uzaqlaşaraq Qərb ölkələri ilə yaxınlaşmaq istədiyini göstərir. İndi Ermənistanın Zəngəzur dəhlizində Rusiyaya tam nəzarət imkanı verməsi real görünmür”.
Politoloq əlavə edib ki, əksinə, İrəvan ABŞ sərhədçilərini Ermənistana gətirir və AB missiyasının mandatını uzatmağa hazırlaşır:
“İrəvan KTMT-də iştirakını dondurubsa, AB üzvülüyü ilə bağlı prosesi başlatmağa hazırlaşırsa, NATO ilə hərbi əməkdaşlığa can atırsa, o zaman Zəngəzurda Rusiyanın hərbi mövcudluğu real görünmür. Moskva regionda təsirini artırmaq üçün Zəngəzur dəhlizinə nəzarət etməyi prioritet sayır. Eynilə, Rusiya Xankəndidə konsulluq açmaq istəyini də ifadə edib. Bu açıqlama da həmin istək silsiləsindən ola bilər. Lakin reallıq fərqlidir”.
- Azərbaycanlı İrəvanın mərkəzindən salam göndərdi - Video
- Sakinlərin nəzərinə: Əkin sahələri üçün qeydiyyat başladı
- Qurban Qurbanov uğurun əsas şərtlərindən danışdı
- Aygün Kazımovanın nə qədər vergi borcu var?
- Dini məsələlərlə bağlı çağrı mərkəzi yaradıldı
- Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
- YAP Ramiz Mehdiyevə görə iclas keçirəcək
- Bakıda müəlliməni avtomobillə vuran şəxsə hökm oxundu