Ermənistan Xarici Kəşfiyyat Xidməti Azərbaycanla genişmiqyaslı müharibə iddialarında həqiqət payının az olduğu fikrini irəli sürsə də, erməni ictimai-siyasi müstəvisində belə müzakirələr səngimir.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, sərhəddə yeni eskalasiyanın baş verə biləcəyi iddiasını dəstəkləyənlərdən biri də erməni politoloq Sergey Melkonyandır.
Melkionyan iddia edir ki, eskalasiya Mehridən başlayaraq, Cermuka (İstisu-red) qədər üç fərqli istiqamətdə ola bilər.
“Bu proses üç fərqli ssenari üzrə baş verə bilər. Birincisi, İran ətrafında eskalasiyanın yaranmasıdır. İkincisi, ABŞ və Rusiya arasındakı gərginlikdir. Üçüncüsü, Bakının Qərbi Azərbaycan istəyinin icrasının gündəmə gəlməsidir. Fərqli istiqamətlər də nəzərdən qaçmamalıdır, misal üçün, Sevan (Göyçə-red), yaxud Yerasx (Arazdəyən-red). Bu prosesdə Tiqranaşenin (Kərki-red) Azərbaycana təhvil verilməsi ilə üzləşə bilərik. Hesab edirəm ki, bu ssenarilərdə Ermənistan hökuməti Azərbaycanın bütün tələblərini icra edəcək, o cümlədən, azərbaycanlıların geri qayıtması və icma yaratmasına da razı olacaq”, - erməni politoloq iddia edib.
- MN hərbi xidmətə qəbulla bağlı mühüm məlumat yaydı
- Xankəndidə tapılan maraqlı hədiyyə: 30 il öncə... - Video
- Samir Şərifov Suriyaya gedir, Şara ilə görüşəcək
- Netanyahunun Bakı səfəri ilə bağlı Türkiyədən kritik açıqlama
- Niyə Bakı Qafqazın “Las-Veqas”ı olmasın? - Video
- Netanyahunun Bakıya səfəri təxirə salındı - Təcili
- Nazir “Səhiyyə əlaçısı” medallarını kimlərə verib?
- "Yaşıl kart" lotereyasının nəticələri açıqlandı