Hərbi cinayətlərdə ittiham olunan Araik Arutyunyanın Bakıda keçirilən məhkəmədə öz təşəbbüsü ilə söz alaraq, Gəncənin gecə vaxtı, insanlar yatdığı halda və deməli, daha çox mülki əhalinin qətli üçün raketlərlə vurulması haqqında qərarı onun vermədiyi haqqında sözləri Ermənistan Baş naziri Nikol Paşinyanı ciddi şəkildə narahat edib.
BUTA.TV xəbər verir ki, Paşinyan ötən gün Ermənistanın İctimai Televiziyasına müsahibəsində dolayısı ilə bu barədə danışıb.
Belə ki, Araik Arutyunyanın məhkəmə zamanı Gəncə və digər Azərbaycan şəhərlərini vurmağı əmr edən və mülki əhalinin kütləvi qətlinə səbəb olan şəxsin kim olduğunu deyə biləcəyi ehtimalına qarşı Paşinyan “hazırlıq” görüb. İddia edib ki, guya “regional gərginliyi qızışdırmağa yönəlmiş ifadələr almaq üçün bu insanlara qarşı psixikaya təsir edən, qadağan olunmuş narkotiklərdən” istifadə olunur və “həmin məhkəmə Ermənistana (oxu: Paşinyana – red.) qarşı istifadə ediləcək”.
Bu sözləri, əslində, Paşinyanın etirafı da adlandırmaq olar. Çünki Ermənistan silahlı qüvvələrinin ali baş komandanı Paşinyandır.
Qeyd edək ki, Araik Arutyunyan Gəncəni vurmaq qərarını vermədiyini, bu qərarı verməyə səlahiyyətinin belə çatmadığını məhkəmədə etiraf edib. O, 44 günlük müharibə zamanı Gəncənin vurulmasını özünün əmr etdiyi barədə yaydığı videonu yada salaraq, bu videonun çəkilmə səbəbi haqda istintaqa ifadəsində danışdığını bildirib. Eyni zamanda, bu hadisəyə görə Azərbaycan xalqından üzr istəyib.
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar