ABŞ-ın sanksiyalarına məruz qalan Rusiyalı senator və milyarder Süleyman Kərimov İlon Maskın SpeysX şirkətində paya malikdir və öz səhmlərini müvəkkil etdiyi fond (trust)vasitəsilə idarə edir.
BUTA.TV Anyus.az-a istinadla xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.
Məlumata görə, Kərimov 2017-ci ildə yaradılan və Delaver ştatında yerləşən “Heritage Trust” vasitəsilə SpeysX-in səhmlərinə sahib olub.
Blumberq iki keçmiş yüksək vəzifəli ABŞ rəsmisinin sözlərinə istinadən bildirib ki, trast əvvəlcə SpeysX-in təxminən 1%-nə sahib olub.
İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
ABŞ hökuməti 2018-ci ilin aprelində Süleyman Kərimovun adını sanksiya siyahısına daxil edib.
O, Oliq Deripaska, Viktor Vekselberq və digər rusiyalı milyarderlərlə birlikdə sanksiyalara məruz qalıb.
“Heritage Trust”ın idarə olunmasını həyata keçirən Citigroup şirkəti bu məsələ ilə bağlı ABŞ Maliyyə Nazirliyinə müraciət edib, trasta və ona bağlı qurumlara məhdudiyyət qoyulmasına ehtiyac olmadığını bildirib.
Lakin 2022-ci il iyunun sonunda ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Heritage Trust-ın aktivlərini dondurub. O zaman bu aktivlərin ümumi dəyəri 1 milyard dollar olub.
“Blumberq”in iki mənbəsinə görə, həmin dövrə qədər Kərimov SpeysX-dəki payını artıq satıb.
Citigroup nümayəndəsi bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.
SpeysX, İlon Mask və Süleyman Kərimov isə “Blumberq”in sorğularına cavab verməyib.
Hazırda 58 yaşlı Süleyman Kərimov, “Blumberq”in milyarderlər indeksinə əsasən, Rusiyanın ən varlı iş adamları siyahısında 17-ci yerdə qərarlaşıb.
Ümumi dünya sıralamasında isə 282-ci yerdədir və sərvəti təxminən 9,9 milyard dollar dəyərindədir. O, 2018-ci ildən ABŞ sanksiyalarına düşüb. Daha sonra Avropa Birliyi də ona qarşı sanksiyalar tətbiq edib.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?