Milli Təhlükəsizlik Xidmətinin təqdimatından sonra İrəvanın mərkəzindəki Respublika meydanında Güney azərbaycanlılar tərəfindən ifa edilən “Qarabağ” mahnısının videosunu yayan şəxs İstintaq Komitəsinin vəsatəti ilə həbs edilib.
BUTA.TV xəbər verir ki, videonu yayan Müstəqil Strateji Araşdırmalar Mərkəzinin rəhbəri G.B.-yə qarşı nifrət, ayrı-seçkilik, dözümsüzlük və düşmənçiliyin qızışdırılması ittihamı irəli sürülüb.
Bildirilib ki, 30 yanvar 2024-cü ildə İran vətəndaşları tərəfindən Respublika meydanında oxunan mahnını çəkərək, onun mahiyyətini təhrif edən təqdimatla yayan G.B bununla Ermənistan hakimiyyətinə və polis əməkdaşlarına qarşı nifrət, dözümsüzlük və düşmənçiliyin qızışdırılmasına yönəlmiş cinayətlər törədib.
Qeyd edək ki, Güney azərbaycanlıların İrəvanın mərkəzində “Anadır arzulara hər zaman Qarabağ” mahnısını ifa etməsi Ermənistan sosial şəbəkə və mediasında müzakirələrə yol açmışdı.
Bunun ardınca Ermənistan MTX araşdırmalara başlamışdı.
- Azərbaycanda zəlzələ oldu
- Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Foto
- Bazar günü hava necə olacaq?
- Çimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydı
- Bu sahələrdə 20% azalma var - Səbəb
- Müayinə üçün xəstəxanaya gedən qadın öldü
- Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - Video
- Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Fotolar