Rusiya təyyarə qəzasının başvermə səbəblərindən yayınmaqda davam edir və yenə də bütün günahı AZAL təyyarəsinin pilotlarının üzərinə atmağa çalışır.
BUTA.TV xəbər verir ki, “Rosaviasiya” bu gün yaydığı bəyanatda ilkin hesabata reaksiya verib və AZAL-ın təyyarəsinin quş dəstəsi ilə toqquşması və oksigen balonunun partlamasına dair yaydığı yalanın “Embraer” ekipajından gəldiyini” bildirib.
Ardınca isə qeyd edib ki, Mahaçqala və Mineralnıye Vodı aeroportlarının təyyarəni qəbul etməyə hazır olmalarına baxmayaraq, ekipaj bu təkliflərdən yararlanmayıb.
“Rosaviasiya” AZAL-ın təyyarə qəzası ilə bağlı hesabatın ilkin xarakter daşıdığını və onun səbəbləri ilə bağlı heç bir nəticənin hələ olmadığını vurğulayıb.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi (Pantsir-S) vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabat ötən gün yayılıb. Hesabatda təyyarənin Qroznı səmasında kənar müdaxilə nəticəsində ciddi zədə aldığını və bunun nəticəsində qəzaya uğradığını təsdiqlənib.
- Ukraynada Azərbaycan abidələrinin mühafizəsinə başlandı
- İranda yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? - Video
- Ağdamın ağ günləri geri qayıdır
- Ermənistan nümayəndə heyəti Azərbaycana nə vaxt gəlir?
- Rusiya ilə gərginlik Bakını ABŞ-la yaxınlaşdırdı Herbst
- Prezident Omanın Sultanını təbrik etdi
- Azərbyacan bu platformaya qoşulacaq - Herbst
- Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama