“Azneft” İstehsalat Birliyinin Neft Daşları-Çilov-Şah saçı-Dübəndi neft xəttində sızma müşahidə edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.
“Qeyd olunan neft xətti Neft Daşlarından neft və kondensatın Dübəndi istiqamətində nəqlini həyata keçirir. Küləkli hava şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, yaranmış vəziyyətin aradan qaldırılması üçün müvafiq addımlar atılır”, - SOCAR-dan vurğulanıb.
Bildirilir ki, təmir-bərpa işlərini həyata keçirəcək heyətin təhlükəsizliyini təmin etmək üçün hava şəraitinin sabitləşməsi gözlənilir:
“Əməliyyatın təhlükəsiz icrası üçün uyğun şərait yarandıqdan sonra təmir-bərpa işləri tamamlanacaq”.
Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə Neft Daşları NQÇİ-nin ərazisindən və “Günəşli” yatağından nefti sahilə nəql edən xətdə sızma olması ilə bağlı məlumat yayılıb.
- Aygün Kazımovanın nə qədər vergi borcu var?
- Dini məsələlərlə bağlı çağrı mərkəzi yaradıldı
- Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
- YAP Ramiz Mehdiyevə görə iclas keçirəcək
- Bakıda müəlliməni avtomobillə vuran şəxsə hökm oxundu
- Kamran Əsədovun məhkəməsi keçirildi
- ADY: Ötən il dəmir yollarında 123 təcili tormozlama qeydə alınıb
- ADSEA daha bir kəndi içməli su ilə təmin etdi - Foto