Azərbaycandan olan biznesmen Aktau təyyarə qəzasında həlak olanların ailələrinə mənzillər hədiyyə edib.
BUTA.TV xəbər verir ki, məlumatı Qazaxıstan mediası yayıb.
Bildirilib ki, 2024-cü il dekabrın 25-də Aktau şəhərində baş vermiş AZAL təyyarə qəzası qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib. Anım mərasimi zamanı azərbaycanlı biznesmen Amil Yusifov qəza nəticəsində həlak olmuş qazaxıstanlıların ailələrinə Almatı şəhərində yerləşən yeni yaşayış kompleksində beş ikiotaqlı mənzilin açarlarını təqdim edib. Mənzillər mebel və məişət avadanlıqları ilə tam təmin olunub.
Tədbirdə həlak olanların ailələri, Azərbaycan diasporunun nümayəndələri və xilasedicilər iştirak ediblər.
Bundan əlavə, Yusifov Mangistau vilayətinin təcili yardım xidmətinə 3 yeni avtomobil bağışlayıb.
- Muxtar Babayev BMT-nin baş katibi ilə görüşdü
- Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - Video
- DSMF BMT-nin mükafatına layiq görüldü
- Bu gün general adı alan Rzayevin ləqəbi…
- Dövlət sifarişi ilə oxuyacaq tələbələrin sayı açıqlandı
- Ağstafanın yarısında qaz olmayacaq
- FHN-də Silahlı Qüvvələr Günü ilə bağlı tədbirlər keçirildi
- DYP hərəkət iştirakçılarına müraciət etdi