Azərbaycana qarşı təbliğat aparmaq üçün hər cür yalanlar uyduran bloger Aleksandr Lapşinin erməni bloger Bellanın Azərbaycana ekstradisiya oluna biləcəyi ilə bağlı hay-küylü “şübhəsi” özünü doğrultmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediasına Bellanın yaxını bildirib.
Onun sözlərinə görə, Bellanın Azərbaycana təhvil veriləcəyi ilə bağlı iddialar əsassızdır:
“Bilmirəm kim və niyə belə deyir. Yəqin ki, Belarusa acıqlarını bu cür ifadə edirlər. Mən yüz faiz bilirəm ki, bu yalanların arxasında bir erməni dayanır”.
O bildirib ki, Bella Belarusa qarşı paylaşımlarına görə saxlanılıb.
Qeyd edək ki, “Bella” adı ilə blogerlik edən erməni Belarusda 5 maddə ilə ittiham edilir. Bloger Lapşin onun “Azərbaycanın sifarişi ilə saxlandığı və bakıya ekstradisiya edilə biləcəyi” haqda ”qeyri-rəsmi mənbədən əldə etdiyi ehtimalı” yaymışdı.
- 18 yaşlı qız tanışı olan oğlanı bıçaqladı
- İsmayıllıda ağır qəza: qadın öldü
- Bu xanıma yüksək vəzifə verildi - Foto
- Axı mən sənə əl vurmaq istəyirəm...
- Küləkli havada dənizə girməyin! - FHN
- Bakının bu rayonlarında işıq olmayacaq
- Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü - Foto - Yenilənib
- Kabo-Verdedən daha bir sürpriz - Video-Yenilənib