Ermənipərəst iranlı siyasi şərhçi Ehsan Müvəhhedian İranın Ermənistanın Zəngəzur bölgəsində neft emalı zavodu tikməsi ilə bağlı təklif irəli sürüb.
BUTA.TV xəbər verir ki, o, bu barədə İran televiziyasinda çıxışında bildirib.
“Ermənistanda uzunmüddətli müqavilələrlə neft emalı zavodunun fəaliyyəti gündə 100 min barrel İran neftini endirimsiz və əlavə xərclər olmadan satmaq imkanı yaradacaq və sanksiyalar riskini azaldacaq. Bu layihə Ermənistanın enerji təhlükəsizliyini və ölkənin İrandan asılılığını təmin etməklə yanaşı, regionda Amerika, NATO və İsrailin təsirini azaldacaq”, - o deyib.
Müvəhhedian həmçinin Ermənistanda Avro-5 markalı benzinin istehsalı və İranın şimal-qərbinin tələbatını ödəməsi ilə ölkənin cənubundan şimala yanacaq tranziti xərclərinin də sıfıra enəcəyini bildirib.
Qeyd edək ki, İran rəsmiləri adətən rəsmi təkliflərini ekspertlərin dili ilə ifadə edirlər. Zəngəzurda İran neft emalı zavodunun tikilməsi təşəbbüsü isə daha çox siyasi xarakter daşıyır.
- Aygün Kazımovanın nə qədər vergi borcu var?
- Dini məsələlərlə bağlı çağrı mərkəzi yaradıldı
- Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
- YAP Ramiz Mehdiyevə görə iclas keçirəcək
- Bakıda müəlliməni avtomobillə vuran şəxsə hökm oxundu
- Kamran Əsədovun məhkəməsi keçirildi
- ADY: Ötən il dəmir yollarında 123 təcili tormozlama qeydə alınıb
- ADSEA daha bir kəndi içməli su ilə təmin etdi - Foto