44 günlük müharibə zamanı yalnız qardaş Türkiyə mediası bizimlə birlikdə informasiya savaşı aparırdı. Hətta ön cəbhədən, qanlı-qadalı savaşlardan türkiyəli həmkarlarımızın reportajlarını yayırdıq. Bu vəziyyət iki qardaş ölkənin media sahəsində də strateji əməkdaşlığının əhəmiyyətini üzə çıxardı.
BUTA.TV xəbər verir ki, bu sözləri “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal Azərbaycan və Türkiyə arasında “Media Məkanında Strateji Əməkdaşlıq Anlaşma Memorandumu”nun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda bu gün keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, beynəlxalq media korporasiyalarının siyasi maraqların ifadəçisi olduğu sirr deyil və bir çox hallarda siyasi sifarişləri yerinə yetirirlər:
“Vaxtaşırı olaraq Azərbaycanla yanaşı, Türkiyə də hədəf seçilir. Bu, qardaş ölkələrin informasiya mübarizəsində potensiallarını birləşdirməsini zəruri edən amillərdəndir”.
A.Camalın fikrincə, Azərbaycan və Türkiyənin media sahəsində strateji əməkdaşlıq təcrübəsini digər türk ölkələri ilə paylaşmaq və türk dilinin informasiya məkanını bütün türk coğrafiyasına yaymaq perspektivi önümüzdədir.
Onun sözlərinə görə, təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlıq informasiya məkanını birləşdirməkdə mühüm rol oynaya bilər:
“Eyni zamanda, informasiya dili yaxınlaşmalıdır. Ədalətlə yanaşsaq, Azərbaycan informasiya dili daha aydın, lakonik və çevikdir. Çox arzulayardıq ki, Türkiyə mediası bu üsluba keçsin. Üslub yaxınlığı bizi inanılmayacaq qədər yaxınlaşdıracaq.
Hazırda yaxşı hal odur ki, Türkiyə informasiya məkanı artıq Yaxın Şərqi də əhatələyir. Bu areal proqram halında, məqsədli, həm də dil-üslub birgəliyi qorunmaqla genişlənməli və İran və Türküstanı da əhatə etməlidir”.
- İlham Əliyev Trampa başsağlığı verdi
- Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf
- Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...
- Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan
- Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq
- Tramp və Netanyahu Xameneinin öldürülməsi qərarını müzakirə edir
- Ermənistanla buna nail olmuşuq, bu, yaxşı əlamətdir
- Bakıya qarşı təxribat aparan “Lenta.ru”nun rəhbəri niyə dəyişdi?