ABŞ Prezidenti Tramp deyir ki, Ukraynaya 300 milyard dollara yaxın yardım olub, Ukrayna lideri Zelenski isə bu yardımın cəmi 100 milyard dollara yaxınının Ukraynaya verildiyini bildirir. Tramp da yerdə qalan vəsaitin “yerini” soruşur.
BUTA.TV xəbər verir ki, bu sözləri ReAL sədri Natiq Cəfərli Tramp-Zelenski mübahisəsi haqda qeyd edib.
“Məncə, bu işin məğzi belədir: Tramp Zelenskinin “Bu çatışmayan vəsaiti Demokratlar Partiyasından, Baydendən, oğlundan soruşun” deməsini istəyir ki, ABŞ daxilində gedən ciddi mübarizədə demokratlara bağlı “dərin dövləti” tamamən sıradan çıxartsın. Məsələ budur – Trampın bütün açıqlamaları daxili siyasəti üçündür, öz seçicisinə ünvanlanıb.
Tramp öz seçicisi, ABŞ xalqı qarşısında məsuliyyət daşıyır, onun hamının xoşuna gəlmək istəyi, bütün dünyanın onu sevməsi kimi dərdi yoxdur. Dili-üslubu incidicidir, hətta qəzəb doğurur, amma sözlərinin ünvanı ABŞ xalqı, istəyi isə ABŞ daxilində gedən mübarizəni udmaqdır.
Daha bir məsələ odur ki, Tramp və komandası Putinə, Rusiyaya “sağmal inək” kimi baxır - son 80 ildə o “inəyi” Avropa “sağırdı”, son 10 ildə, 2014-dən sonra “inəyi” Çin sağmağa başladı - indi Tramp istəyir ki, “inəyin südü-qatığı-qaymağı” ABŞ-a çatsın...” – siyasətçi bildirib.
- Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu
- Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı
- Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi
- Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...
- Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam
- ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?
- Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu
- Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr