Prezidentin ali xüsusi rütbə verdiyi Emil Qarayev - Dosye

21:30 - 21 Fevral 2025 - GÜNDƏM

 Prezidentin ali xüsusi rütbə verdiyi Emil Qarayev - Dosye

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin srəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Emil Maqsud oğlu Qarayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

BUTA.TV xəbər verir ki, E.Qarayev 1984-cü il tarixdə Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasını bakalavr pilləsi üzrə, 2009-cu ildə eyni universitetin cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisasını magistr pilləsi üzrə bitirib.

2005-2006-cı illərdə Azərbaycan Ordusu sıralarında hərbi xidmətdə olub.

2006-2009-cu illərdə "Deloitte Touche" MMC-də vergi üzrə məsləhətçi, 2009-2011-ci illərdə baş məsləhətçi, 2011-2016-cı illərdə vergi üzrə menecer və baş menecer, 2016-2019-cu illərdə vergi və hüquq məsələləri üzrə direktor vəzifələrində işləyib.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda yeyib-içən dörd dostun meyiti tapıldı

2019-cu ilin may-iyul aylarında Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini, 2019-cu ilin iyul-avqust aylarında baş direktorunun 1-ci müavini vəzifələrində çalışıb.

2019-2020-ci illərdə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş idarəsi rəisinin 1-ci müavini, 2020-2021-ci illərdə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi rəisinin 1-ci müavini, 2021-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisi vəzifəsində işləyib.

2022-2024-cü illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının rəhbəri vəzifəsində çalışıb.

14 iyun 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol