İbtidai təhsildə xüsusi yanaşmalar tətbiq edərək, tədrisin keyfiyyətini yüksəldə bilsək, bunun nəticələrini yaxın 10–15 il ərzində görəcəyik.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib.
O bildirib ki, bu gün keçirilən sertifikatlaşdırma imtahanları da məhz ibtidai təhsilin keyfiyyətinin artırılmasına xidmət edir:
“İbtidai təhsil güclü olarsa, gələcəkdə daha peşəkar hüquqşünaslarımız, müəllimlərimiz, həkimlərimiz və digər mütəxəssislərimiz olacaq. Çünki təhsildə əsas məsələ özüldür. Özül möhkəm olmayanda, onun üzərində nə qurursansa qur, dayanıqlı olmayacaq”.
Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
Nazirin sözlərinə görə, bu gün uşaqlardan tez-tez “balım çatsa, həkim, çatmasa biologiya müəllimi, o da alınmasa, aqronom olacağam” kimi fikirlər eşidilir:
“Təxminən otuz ildir davam edən bu yanaşma təhsil seçimlərini maraq və bacarıqlardan çox, toplana bilən bala bağlayır. Bu düşüncə dəyişmədiyi müddətdə ciddi irəliləyiş əldə etmək çətin olacaq. Bütün diqqəti topladığı bala və gələcəkdə hansı ixtisasa qəbul olacağına yönəlmiş uşağa nə qədər hüquq təhsili versən də, onun marağını və motivasiyasını formalaşdırmaq asan olmayacaq. Buna görə də yanaşmanı dəyişməliyik. Bu, uşağın günahı deyil, cəmiyyətin onun üzərinə qoyduğu yükdür”.
- Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
- 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlandı
- Bu gün və sabah geomaqnit qasırğası gözlənilir
- DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq etdi
- Azərbaycanlı tələbə Rusiyada Kadırova görə həbs edildi
- Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır
- Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü çıxarıldı
- Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto