ABŞ artıq otuz ildən çoxdur ki, Azərbaycanın ən etibarlı iqtisadi tərəfdaşlarından biridir. Birlikdə əvvəlcə enerji sahəsində, daha sonra isə innovasiya, texnologiya və rəqəmsal transformasiya istiqamətlərində möhkəm əməkdaşlıq təməli qurmuşuq.
BUTA.TV xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov “Dayanıqlılıq və enerji transformasiyası” mövzusunda “Technovation” forumunda deyib.
“Ötən həftə keçirilən Azərbaycan-ABŞ İqtisadi Dialoqu qarşıda duran geniş imkanları bir daha nümayiş etdirdi. Enerji və kritik minerallar sahəsində əməkdaşlığın davam etməsi ilə yanaşı, yüksək məhsuldarlıqlı hesablama sistemləri, süni intellekt, infrastruktur və rəqəmsal innovasiyalar üzrə yeni tərəfdaşlıq mərhələsinə qədəm qoyuruq.
“Dell Technologies”, “Oracle”, “Microsoft”, “Amazon” və digər şirkətlərlə əməkdaşlığımız ölkələrimiz arasındakı münasibətlərin ənənəvi investisiya tərəfdaşlığından strateji texnoloji əməkdaşlığa doğru inkişaf etdiyini göstərir.
Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
Azərbaycan iqtisadi inkişafın yeni mərhələsinə daxil olur. Bu mərhələ texnologiya, innovasiya və bilik üzərində qurulur. Biz investorlara və tərəfdaşlara sabit və proqnozlaşdırıla bilən biznes mühiti, regionlar arasında strateji əlaqəlilik, rəqabətqabiliyyətli enerji resursları, eləcə də islahat və modernləşmə istiqamətində aydın öhdəlik təqdim edirik.
AMCHAM üzvlərinə və beynəlxalq biznes ictimaiyyətinə sadə bir mesaj vermək istəyirəm: Azərbaycan gələcəyin sənayelərini, texnologiyalarını və imkanlarını formalaşdırmaq üçün sizin etibarlı tərəfdaşınız olmağa hazırdır”, - o bildirib.
- Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir
- Məzuniyyətə çıxmadan pulunu almaq olar?
- Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul etdi
- İsanın həvarisi Azərbaycanda bu kilsədə dəfn olunub
- Dövlət sərhədində 40 kq narkotik dövriyyədən çıxarıldı
- Hava limanı yolundakı yeni qurğular sürət ölçür? - Rəsmi
- Ağstafada kişi meyiti tapıldı
- İki qadının boğulması ilə bağlı araşdırma aparılır