Abşeronda boşandığı həyat yoldaşının və uşaqlarının yaşadığı evi yandırmaqda ittiham edilən Qürbət Şahverdiyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
BUTA.TV Pravda.az-a istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.
İttihama görə, Qürbət Şahverdiyev həbsdən çıxdıqdan sonra boşandığı həyat yoldaşı E.Ş. ilə aralarında mənzilə mübahisə yaranıb. O, içkili halda birgə nikah dövründə yaşadıqları Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindəki fərdi yaşayış evinə gedib. Keçmiş həyat yoldaşını və övladlarını oradan çıxarıb. Bundan sonra siqaret yandıraraq, istifadə etdiyi alışqanı yanılı vəziyyətdə yatağın üzərinə atıb. Alışqanın sönməyəcəyinə əmin olaraq həyətə düşüb. Daha sonra evin yandığını görüb. Nəticədə təqsirləndirilən şəxs 50 000 manat dəyərində əmlakı qəsdən yandırmaqla xeyli miqdarda ziyan vurub.
Məhkəmədə təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı bildirib ki, Qürbət hadisədən bir neçə gün əvvəl "sənə sürpriz edəcəyəm" deyib. Sonra isə sözügedən hadisəni törədib.
Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
Məhkəmənin hökmü ilə Qürbət Şahverdiyev 3 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
- Oğuzda bu park baxımsız vəziyyətdədir - Video
- Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir
- Məzuniyyətə çıxmadan pulunu almaq olar?
- Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul etdi
- İsanın həvarisi Azərbaycanda bu kilsədə dəfn olunub
- Dövlət sərhədində 40 kq narkotik dövriyyədən çıxarıldı
- Hava limanı yolundakı yeni qurğular sürət ölçür? - Rəsmi
- Ağstafada kişi meyiti tapıldı