Azərbaycan və İran Araz çayı ilə bağlı razılaşdı

13:09 - 11 İyun 2026 - GÜNDƏM

 Azərbaycan və İran Araz çayı ilə bağlı razılaşdı

İyunun 8–11-də Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan ilə İran arasında daimi fəaliyyət göstərən Birgə Komissiyanın 55-ci iclası keçirilib.

BUTA.TV bu barədə Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

İranda keçirilən iclas Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, ADSEA tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev və İran tərəfdən həmsədri, bu ölkənin Energetika Nazirliyinin Sərhəd Çayları üzrə Baş İdarəsinin rəisi Fəriba Avəridənin rəhbərliyi ilə baş tutub.

Tədbirdə Regional Su Meliorasiya Xidmətinin, ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "Azərenerji" ASC-nin nümayəndələri iştirak ediblər.

Bu xəbər hal-hazırda çox oxunur
İrana qarşı hücumlar başa çatdı - Yenilənib

İclas çərçivəsində Araz çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi ilə bağlı iş rejimləri hazırlanaraq təsdiq olunub. Bununla yanaşı, çaydan götürülən suyun monitorinqinin aparılması, suyun keyfiyyətinə nəzarət, çayda müasir tipli yeni suölçmə qurğularının quraşdırılması və digər qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Müzakirələrin yekunu olaraq tərəflər arasında görüləcək işləri əhatə edən yekun protokol imzalanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol