"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı silahın sahibi də cinayət təqibinə cəlb olunub.
BUTA.TV xəbər verir ki, bunu Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində keçirilən canlı yayımda Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəis müavini, Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev deyib.
O bildirib ki, cinayət işi Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib: “Silahın sahibi ilə də bağlı cinayət təqibi aparılır. Nəticəsi barədə ictimaiyyətə cəmiyyətə məlumat veriləcək".
Qeyd edək ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.
Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.
- Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir
- Məzuniyyətə çıxmadan pulunu almaq olar?
- Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul etdi
- İsanın həvarisi Azərbaycanda bu kilsədə dəfn olunub
- Dövlət sərhədində 40 kq narkotik dövriyyədən çıxarıldı
- Hava limanı yolundakı yeni qurğular sürət ölçür? - Rəsmi
- Ağstafada kişi meyiti tapıldı
- İki qadının boğulması ilə bağlı araşdırma aparılır