“Milliyyətcə yezidi kürdü, Ermənistan yezidi Kürd İcmasının rəhbəri Knyaz Həsənov bu ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasından milli azlıq nümayəndəsi kimi ardıcıl 4-cü dəfə deputat seçilib”.
“BUTA.TV” xəbər verir ki, bu barədə siyasi şərhçi Kənan Rövşənoğlu sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, 80-dən çox yaşı olan Knyaz Həsənov əvvəllər Azərbaycanın ünvanına hədələr səsləndirməklə yadda qalıb.
“Sən demə bu Knyaz Həsənovun qızı Narin Nadirova Diyarbəkirin “Amedspor” futbol klubunun İdarə Heyətinin üzvü imiş. N.Nadirova da elə-belə adam deyil: Qazaxıstan vətəndaşıdır, maliyyəçidir, “Home Credit Bank”a rəhbərlik edib, nüfuzlu şəxsdir.
Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
Bilməyənlərin nəzərinə onu da çatdırım ki, “Amed” Diyarbəkir sözünə qarşı separatçı kürdlərin ortaya atdığı addır. Bu yaxınlarda Diyarbəkirdən olan keçmiş kürd deputat Altan Tan axırda dilə gəldi ki, əslində “Amed” sözü də kürd sözü deyil, qədim suryani dilindən gəlirmiş. Amma indi Diyarbəkir türk (Ağqoyunlu) adı olduğu üçün separatçı kürdlər onun əvəzinə “Amed” sözünü ortaya atıblar.
Mənə maraqlı gələn ermənistanlı yezidi kürd qadının “Amedspor” komandasının rəhbərliyində yer alması oldu. Bütün dolaşıq işlər həmişə gedir erməni məsələsinə çıxır”, - paylaşımda deyilir.


- Oğuzda bu park baxımsız vəziyyətdədir - Video
- Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir
- Məzuniyyətə çıxmadan pulunu almaq olar?
- Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul etdi
- İsanın həvarisi Azərbaycanda bu kilsədə dəfn olunub
- Dövlət sərhədində 40 kq narkotik dövriyyədən çıxarıldı
- Hava limanı yolundakı yeni qurğular sürət ölçür? - Rəsmi
- Ağstafada kişi meyiti tapıldı