Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb.
BUTA.TV DİN-ə istinadla xəbər verir ki, Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı Elgüc Məmmədov saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, o, zərərçəkənlərin evdə olmadığını öyrəndikdən sonra mənzilə daxil olub. E.Məmmədov oğurluq edəndən sonra isə diqqət çəkməmək üçün ev sahibinə məxsus gödəkçəni geyinərək hadisə yerindən uzaqlaşıb.
Araşdırma aparılır.
- Ələtdəki hava limanı nə vaxt istifadəyə veriləcək?
- SOCAR yalnız neft-qaz satmır, həm də... - Nazir müavini
- "İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu
- Azərbaycanda 147 milyonluq narkotik məhv edildi
- Növbəti 5 gün yağış yağacaq – Xəbərdarlıq
- FHN 216 şəxsi heyətlə təlim keçirdi - Video
- "Arzum" ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi
- İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir