12-ci təkliflər paketini almağımız prosesin dalana dirənmədiyini göstərir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə jurnalistlərlə söhbətində sülh müqaviləsini şərh edərkən deyib.
“İndi biz öz təkliflərimizi təqdim etməliyik, yəni proses gedir. Digər tərəfdən, etiraf etməliyik ki, delimitasiya komissiyaları işləyir. Biz də həll yolunu təklif etmişik və ümid edirik ki, Azərbaycan bu həllə müsbət cavab verəcək, çünki açığını desəm, mən təhlil edirəm və çox düşünürəm ki, Azərbaycan niyə bizim təklifimizə mənfi cavab verməlidir. Obyektiv təhlil göstərir ki, ondan imtina etmək üçün heç bir əsas yoxdur. Söhbət Ermənistanla Azərbaycan arasında dəmir yolu nəqliyyatından, yəni Azərbaycanın qərbindən Naxçıvana və Ermənistandan Ermənistana – Arazdəyəndən Mehriyə qədər olan əlaqədən gedir. Həm də hər iki ölkə beynəlxalq yükdaşımalar üçün bir-birinin ərazisindən keçən dəmir yollarından istifadə etmək imkanı əldə edəcək”, - Paşinyan bildirib.
O qeyd edib ki, Ermənistan Azərbaycanla dəmir yolunun istismar şərtlərini daha da sadələşdirməyə hazırdır:
“Mən tez-tez təhlil edir və düşünürəm ki, Azərbaycan niyə bizim təklifimizə mənfi reaksiya verməlidir. Və obyektiv təhlil göstərir ki, imtina üçün heç bir əsas yoxdur”.
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?
- Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı
- Suriya Azərbaycandan kömək istəyir
- Rusiya “sülh göyərçini”nə dönüb: 3 vasitəçilik təklifi və imtina…
- Bu yollarda kanat yolunun tikintisinə 40 milyon ayrıldı
- Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər
- Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video