Bu gün İspaniyanın "Barselona" klubunun prezidenti Joan Laporta yenidən Bakıya gələcək.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, Laportanı klubun direktorları Joan Soler və Xavyer Puiq müşayiət edəcək. Səfərin əsas məqsədi Azərbaycanda yeni "Barselona" akademiyasının açılması və potensial investisiya imkanlarının axtarışıdır.
Laportanın heyətinin azərbaycanlı biznesmen, Laportanın yaxın dostu Adnan Əhmədzadənin sayəsində yüksək səviyyədə qarşılanacağı bildirilir. Görkəmli iş adamı A.Əhmədzadə dünyaca tanınmış müxtəlif futbolçularla əlaqələrə malikdir. O, Lionel Messini də Bakıda qəbul edib.
"Barselona"nın prezidenti bu səfərə klubu naminə qlobal əməkdaşlıq və həyati vacib investisiyaların təminatı kimi yanaşır. Azərbaycana gəlişin A.Əhmədzadənin nüfuzu və əlaqələri sayəsində müsbət nəticələr verəcəyi gözlənilir.
Qeyd edək ki, Joan Laporta 2024-cü il noyabrın 16-da da Bakıda olub. O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə Azərbaycan paytaxtına səfər edib.
- Azərbaycan HHQ komandanı Türkiyədə səfərdədir
- Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ-a xəbərdarlıq...
- Ruslan Abdullayev vəzifəsindən azad edildi - Foto
- Bu gənc xanım spikerə köməkçi təyin edildi - Foto
- Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edildi
- Başqasının yerinə imtahana daxil olmağa cəhd etdi... - DİM
- Atası Arzumun həbsindən sonra ölənin yaxınlarına qarğış etdi - Video
- Məhərrəmlikdə toy etmək olarmı? – Elşad Miri