Təşkilat Komitəsi Xəzəryanı Dövlətlərin İqtisadi Forumunda iki dili – rus və fars dillərini rəsmi dil kimi təsdiqləyib.
BUTA.TV xəbər verir ki, bunu APA-ya açıqlamasında Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sosial şəbəkələrdə Baş nazir Əli Əsədovun Üçüncü Xəzəryanı Dövlətlərin İqtisadi Forumunda rus dilində danışmasına vurğu edilməsinə münasibət bildirərkən söyləyib.
İbrahim Məmmədov deyib ki, Üçüncü Forumda 5 ev sahibi - İranın 1-ci vitse-prezidenti və fəxri qonaq kimi dəvət olunmuş Tacikistanın Baş naziri fars dilində çıxış ediblər:
“Ona görə ki, fars dili Forumun rəsmi dilidir. Başqa hökumət başçıları isə rus dilində çıxış etdilər. Bu, məsələnin təşkilati tərəfidir. Texniki baxımdan isə tərcümə yalnız fars dilindən rus dilinə, rus dilindən isə fars dilinə edilirdi. Baş nazir yalnız Forumun tədbirlərində rus dilində çıxış edib. İran İslam Respublikasının 1-ci vitse-prezidenti Məhəmməd Arifi və İranın Prezidenti Məsud Pezeşkianla ikitərəfli görüşlərdə isə Baş nazir Azərbaycan dilində danışıb və ümumiyyətlə bütün danışıq Azərbaycan dilində aparılıb”.
- İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni açıqlama
- Prezidentdən BƏƏ səfəri ilə bağlı paylaşım - Video
- Əliyev və Paşinyanın 5 saatlıq görüşündən çıxan nəticə
- Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki... - Politoloq
- Rusiyanın kamikadze dronu səfirliyimizin yaxınlığına düşdü - Foto
- Qafqazda nə baş verir? - Rus mediası isterikaya düşdü
- Əliyevlə Paşinyan bununla bağlı göstəriş verdilər - Ermənistan XİN
- İrəvan Zəngəzur dəhlizi ilə bağlı buna razıdır - Təcili