“Barselona” klubunun prezidenti Xuan Laporta Azərbaycana səfər edib.
“BUTA.TV” “Haqqın.az”a istinadən xəbər verir ki, o, dünən axşam saatlarında Bakıya gəlib. Onun səfərinin məqsədi ölkəmizdə “Barselona” akademiyasının yaradılması və potensial investisiya imkanlarının axtarışıdır.
Laportanı səfərdə klubun direktorları Joan Soler və Xavyer Puiq müşayiət edib.
Xatırladaq ki, bu, Laportanın ölkəmizə ilk gəlişi deyil. Klub prezidenti 2024-cü il noyabrın 16-da da COP29-da iştirak məqsədi ilə Azərbaycana səfər edib.
- İlham Əliyev Trampa başsağlığı verdi
- Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf
- Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...
- Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan
- Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq
- Tramp və Netanyahu Xameneinin öldürülməsi qərarını müzakirə edir
- Ermənistanla buna nail olmuşuq, bu, yaxşı əlamətdir
- Bakıya qarşı təxribat aparan “Lenta.ru”nun rəhbəri niyə dəyişdi?