Əliyevin Türkiyə səfərinin gündəliyində iki məsələ önəmlidir.
Birincisi, İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimidir. Naxçıvanın enerji təhlükəsizliyində strateji əhəmiyyətə malik olan kəmər İran faktorunu neytrallaşdırmağa imkan verir. Muxtar vilayətin qazla təminatı Azərbaycan və İran arasında svop müqaviləsi ilə həyata keçirilib, lakin daim riskli olub.
1. 44 günlük müharibədən sonra İranın Azərbaycana qarşı aqressiv siyasətdə Naxçıvana çıxış və enerji təhlükəsizliyini rıçaqlardan biri kimi istifadə edirdi, hətta 2021-ci ildə Tehranın muxtar vilayətin qazını kəsdiyinə dair qeyri-rəsmi məlumatlar yayılmışdı;
2. İran ətrafında mümkün gərginlik xəttinin inkişafı Naxçıvanın enerji təhlükəsizliyi üçün riskli perspektilər vəd edir.
İğdır-Naxçıvan kəməri bu riskləri və İrandan asılılığı aradan qaldıracaq.
Bakı Zəngəzur dəhlizini Naxçıvana çıxış və enerji təhlükəsizliyinin təmin edilməsindəki alternativ layihə kimi nəzərdə tutur. Hərçənd, layihənin nə zaman və hansı şərtlərlə gerçəkləşəcəyi proseslərin inkişafından asılı olacaq. İğdırdan kəmərin çəkilməsi real infrastruktur imkanlarından istifadə edilməklə yanaşı, alternativ xəttin yaradılmasına da hesablanıb. Zəngəzur dəhlizi reallaşdıqdan sonra bu istiqamətdə də kəmərin çəkilməsi planlaşdırılır, lakin bu baş tutsa belə, İğdır kəməri muxtar vilayətin təhlükəsizliyinin bir mənbədən asılı olmaması baxımından strateji əhəmiyyət daşıyır.
İkincisi, Bakı və Ankara baş verən gərgin geosiyasi hadisələr fonunda “saatlarını yoxlayırlar”.
Tramp Amerikasının, eləcə də ABŞ-Rusiya anlaşmasının yaradacağı geosiyasi dəyişikliklər və bunun Yaxın Şərq, Cənubi Qafqaz, Orta dəhliz coğrafiyasına təsirləri aktualdır. Əliyevlə Ərdoğanın “saatları yoxlaması”na, baş verə biləcək hadisələrə hazırlıqlı olmasına ehtiyac var.
- Ukraynada Azərbaycan abidələrinin mühafizəsinə başlandı
- İranda yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? - Video
- Ağdamın ağ günləri geri qayıdır
- Ermənistan nümayəndə heyəti Azərbaycana nə vaxt gəlir?
- Rusiya ilə gərginlik Bakını ABŞ-la yaxınlaşdırdı Herbst
- Prezident Omanın Sultanını təbrik etdi
- Azərbyacan bu platformaya qoşulacaq - Herbst
- Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama