Ən gülməlisi odur ki, AB-dən rəsmi dəvət yoxdur, ancaq biz bəyan edirik ki, Aİİ-də olsaq da, AB-yə üzvlük arzusundayıq. Qanun layihəsinin ikinci oxunuşunun təxirə salınmasında da qəribə və absurd elementlər var. Xarici işlər nazirinin müavini deyir ki, bu qanun layihəsində konkret addımlar nəzərdə tutulmayıb, lakin bu, AB-yə bir mesajdır ki, biz onların yanındayıq. Yəni bu, Moskvaya mesajdır ki, biz onlarla olmaq istəmirik, amma müvəqqəti olaraq Rusiyanın yanındayıq?
BUTA.TV xəbər verir ki, bu sözləri erməni politoloq Hayk Xalatyan yerli mediaya müsahibəsində deyib.
“Təbii ki, bütün bunlar Ermənistana qarşı mənfi münasibətə gətirib çıxarır. Hazırda Moskva Ermənistanı nəinki müttəfiq, heç etibarlı tərəfdaş kimi də qəbul etmir”, - o bildirib.
Xalatyan qeyd edib ki, İlham Əliyev problem də yaradır, sözünü də deyir, narazılıq da edir, ancaq Rusiya onu etibarlı tərəfdaş sayır:
“Çünki bilirlər ki, Əliyevlə, Ərdoğanla müqavilə bağlasan, razılaşma əldə etsən, mütləq yerinə yetiriləcək. Bu barədə Putin özü də danışıb. Ancaq Nikol Paşinyanla bağlı belə deyil”.
- Bakıda "qırmızı"da keçən sürücü qəza törətdi - Anbaan video
- Temperatur 18 dərəcəyə yüksələcək
- DTX Mehdiyevin evində nələr tapdı? - Şok video
- "Mehdiyev işi": Kərimli hakimiyyətə gəlsəydi...
- DTX Mehdiyevin xarici kəşfiyyatla danışığını yaydı - Şok video
- DTX Mehdiyev cinayəti haqda məlumat yaydı: Kimlərin adı var?
- Onların müavinəti tam şəkildə ödəniləcək
- "Pub"dan əxlaqsız video yayanlar həbs edildi