Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Astanada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
BUTA.TV xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan və Qazaxıstan arasında iri strateji layihələrin, o cümlədən Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin və sualtı elektrik kabelinin çəkilməsinin həyata keçirilməsini müzakirə ediblər.
Tokayev bu görüşün çoxşaxəli dövlətlərarası əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
"Sizin səfəriniz qardaş Azərbaycanla əməkdaşlığımızın daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanla əlaqələr bizim üçün böyük əhəmiyyət kəsb edir. Biz ölkənizi etibarlı strateji tərəfdaş və müttəfiq hesab edirik", - o vurğulayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin başçısı səmimi qəbula görə minnətdarlığını bildirib və ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb.
Ceyhun Bayramov "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı faciə ilə əlaqədar göstərdiyi operativ köməyə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib.
Görüşdə həmçinin ticarət, investisiya, rəqəmsallaşma, tranzit və nəqliyyat sahələrində gələcək əməkdaşlığın perspektivləri də müzakirə edilib.
- Bakıda "qırmızı"da keçən sürücü qəza törətdi - Anbaan video
- Temperatur 18 dərəcəyə yüksələcək
- DTX Mehdiyevin evində nələr tapdı? - Şok video
- "Mehdiyev işi": Kərimli hakimiyyətə gəlsəydi...
- DTX Mehdiyevin xarici kəşfiyyatla danışığını yaydı - Şok video
- DTX Mehdiyev cinayəti haqda məlumat yaydı: Kimlərin adı var?
- Onların müavinəti tam şəkildə ödəniləcək
- "Pub"dan əxlaqsız video yayanlar həbs edildi