Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus 12-13 mart tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan XII Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya səfər edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq ÜST-ün Azərbaycan nümayəndəliyindən bildirilib.
Qebreyesus açılış mərasimində qlobal səhiyyə problemləri və beynəlxalq əməkdaşlığın vacibliyi ilə bağlı çıxış edəcək.
Martın 13-də o, Çoxqütblü Dünyada Multilateralizmin Yenidən Düşünülməsi mövzusunda keçiriləcək yüksək səviyyəli panel müzakirəsinə qatılaraq qlobal səhiyyə idarəçiliyi ilə bağlı öz fikirlərini iştirakçılarla paylaşacaq.
Səfər çərçivəsində Qebreyesusun hökumət rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirməsi də gözlənilir.
- 23 minə yaxın namizəd magistraturaya imtahan verəcək
- Bu rayonlara qar yağdı
- FHN “Quba Palace” otelində təlim keçirdi - Video
- ADY-dən təhlükəsizliklə bağlı vətəndaşlara müraciət - Video
- Eldar Əzizov yola salınır - Yerinə o gətiriləcək
- Bakıda bu ərazidə evlər plana düşdü – Bu tarixdə sökülür
- Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
- Bakıda ər və arvad zəhərləndi, biri öldü