İlk dəfə hərbi formada Kurska gedən Putin Ukrayna qoşunlarının tamamilə çıxarılması əmrini verib. Gerasimovun iddiasına görə, Ukrayna qoşunlarının ələ keçirdiyi ərazilərin 86 faizi üzərində nəzarət bərpa olunub. Sırski də Rusiyanın aktiv şəkildə hücuma keçdiyini təsdiqləyir.
Görünür, ABŞ və Ukraynanın 30 günlük atəşkəs razılaşmasına Rusiyanın ilkin cavabı Kurskda bəlli olacaq. Kurskun iki əhəmiyyəti var:
1. Ukrayna qoşunlarının Kurskda mühasirəyə düşdüyü haqda məlumatlar var və atəşkəs Kiyevə zaman qazanmaq, itkilərin qarşısını almaq, bölgədən çıxmaq üçün ən azı dəhliz əldə etmək baxımından sərfəlidir;
2. Kurskda nəzarət etdiyi ərazilər danışıqlarda Kiyevə işğal olunmuş ərazilərinin ən azı müəyyən hissəsini azad etmək imkanı verir.
Rusiya da Kursku atəşkəs və danışıqlar masasından çıxarmaq niyyətindədir. Bu baxımdan, Putinin cavabının Kurskdakı nəticədən asılı olacağı görünür.
- Abşeronda 2 İyul – Azərbaycan Polisi Günü qeyd edildi
- AAYDA-ya məxsus bu idarələr ləğv olundu
- Əlilliyi olan 4 min şəxsə reabilitasiya xidmətləri göstərildi
- Bu şəxslər 40 minədək cərimələnəcək
- Polisinin şəhid övladlarını hərbi salamla qarşılaması...
- Rektorun nazirə zarafatla dediyi sözlərin mənası - Video
- Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib
- Kişilərin gücü çatmadı, köməyə qadın gəldi... - Video