Putin Kursk vilayətinə səfər edərkən hərbi forma geyinmək istəmirdi, amma bunu Trampa təsir etmək üçün etdi.
BUTA.TV xəbər verir ki, bunu “Kremlyovskaya Tabakerka” Teleqram kanalı mənbələrə istinadla yazıb. “Vladimir Vladimiroviç özünü kostyumda daha rahat hiss edir. Üstəlik, onun tezliklə Trampla danışıqları var, Amerika prezidenti isə, məlum olduğu kimi, kostyumları sevir. Lakin bir sıra məsləhətçilər prezidentə Kursk vilayətinə səfər üçün hərbi forma geyinməyi tövsiyə etdilər”, - kanal qeyd edib.
Başqa bir mənbənin sözlərinə görə, Putinə bildirilib ki, hərbi forma danışıqlar öncəsi güclü arqument olacaq.
“Mən amerikalının yerində olsaydım, Vladimir Vladimiroviçi hərbi formada görüb Kiyevə hərbi yardımı dayandırmaq barədə bir daha düşünərdim”, - deyə prezidentin məsləhətçilərindən biri deyib.
Kanalın iddiasına görə, Kurskdan çəkilən videoların keyfiyyəti işləri korlamasaydı, Putinin görünüşü daha effektli olardı:
“Ümumiyyətlə, görüntü effektli alındı. Amma Kursk vilayətindən yayımlanan ilk videoların keyfiyyəti Vladimir Vladimiroviçin bəzi silahdaşlarının xoşuna gəlmədi. Hətta bəzi jurnalistləri işlərini pis yerinə yetirdiklərinə görə cəzalandırmağı təklif etdilər. Lakin prezident onları “bağışlamağa” qərar verdi və Dmitri Peskovu dərhal şəkil və səsin niyə çox keyfiyyətli olmadığını izah etmək üçün göndərdi”.
- Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu
- Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı
- Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi
- Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...
- Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam
- ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?
- Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu
- Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr