Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün ciddi maneələr qalmayıb və bütün bəndlər razılaşdırılıb. Bununla belə, Azərbaycanın əsas tələblərindən biri olan Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi hələ də gündəmdə qalır. Əgər Ermənistan bu məsuliyyəti öz üzərinə götürərsə, sazişin imzalanması mümkün olacaq.
Bu fikirləri BUTA.TV-a politoloq Elxan Şahinoğlu Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin razılaşdırılması haqda danışarkən deyib.
Onun sözlərinə görə, sülh müqaviləsinin üçtərəfli əsasda imzalanması bölgə üçün əhəmiyyətli addım ola bilər:
“Sülh sazişinin imzalanması üçün ən uyğun məkan Türkiyə ola bilər. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlərə verdiyi müsahibədə Ankara ilə əlaqələrin bərpasında maraqlı olduğunu bildirib. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, eyni zamanda, Türkiyə və Ermənistan münasibətlərinin normallaşmasına şərait yaradacaq. Diplomatik münasibətlərin qurulması üçün Ankarada və ya İstanbulda üçtərəfli formatda müzakirələr aparmaq mümkündür”.
Politoloq bildirib ki, sülh prosesinin uğurla irəliləməsi fonunda sazişin bu il, hətta yaxın müddətdə imzalanması mümkün ola bilər.
- Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var
- Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat
- Paşinyan Azərbaycanla sərhəddə
- Yevgeni Belousov Bakıdan Moskvaya uçdu
- Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı
- Bu, Zəfərin mühüm strateji mərhələsi idi
- Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video
- Qubadlının işğaldan azad olunmasından 5 il ötür