Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi ilə bağlı danışıqlar yekunlaşıb. Lakin bu, yaxın zamanda tam sülhə nail olunacağı anlamına gəlmir.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Sultan Zahidov Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin razılaşdırılması barədə danışarkən deyib. Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması üçün hələ vacib şərtlər yerinə yetirilməlidir:
“Birincisi, Ermənistan Konstitusiyasına dəyişiklik edərək Azərbaycana qarşı iddialardan rəsmi şəkildə imtina etməlidir. Ermənistanın hüquqi prosedurlarını nəzərə alsaq, bu, 2027-ci ildən tez baş verə bilməz, çünki həmin il konstitusiya dəyişikliyi ilə bağlı referendumun keçirilməsi nəzərdə tutulur”.
Politoloq bildirib ki, ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı Ermənistan da Azərbaycanla birlikdə çağırış etməlidir:
“ATƏT-in Minsk Qrupu ilə bağlı Paşinyan bəyanat verərək, Ermənistanın buna hazır olduğunu bildirib. Lakin bu, təkcə bəyanat səviyyəsində qalmamalı, praktik addımlarla da təsdiqlənməlidir”.
Sultan Zahidovun sözlərinə görə, dayanıqlı sülhün təmin olunması üçün əsas maneələrdən biri də Ermənistanın hərbiləşdirilməsidir:
“Mediada olan məlumata görə, Ermənistan hazırda müharibəyə hazırlaşır, ehtiyat qüvvələri bir neçə aylıq təlimlərə cəlb edib, intensiv şəkildə Fransa və Hindistandan silah alır və sərhəd zonasında istehkamlar qurur. Bu isə onu göstərir ki, Ermənistan bir tərəfdən sülhdən danışsa da, digər tərəfdən mümkün müharibəyə ciddi hazırlıq görür. Belə olan halda, regiondakı qeyri-müəyyənlik artır və Azərbaycan Ermənistanın sülh niyyətindən tam əmin ola bilməz”.
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı