Hazırda ən real ssenari – hərbi əməliyyatların dayandırılması, itirilmiş ərazilərin hüquqi cəhətdən tanınmaması, silahlanma və müharibənin yenidən başlanmasına daim hazır olmaqdır.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba Ukraynanın gələcəyi üçün üç potensial ssenarini açıqlayarkən deyib.
"Ola biləcək ən pis ssenari – Ukrayna dövlətinin dünya xəritəsindən yox olmasıdır. Hər kəs əllərini yanına salıb dayanır. Bəlkə hansısa bir “parça” qalacaq, amma mən buna şübhə edirəm", - Kuleba vurğulayıb.
Onun sözlərinə görə, "orta" ssenari odur ki, müharibə hazırkı cəbhə xətti boyunca dayanır, Ukrayna hərbi cəhətdən "tıxanır". Eyni zamanda, Rusiya Ukrayna məsələsini tam həll etmək üçün hazırlaşır.
"Ən yaxşı ssenari iki hissəyə bölünür: qısamüddətli və uzunmüddətli. Qısamüddətli perspektivdə – olduğumuz yerdə dayanırıq, bizi Avropa Birliyinə qəbul edirlər, silahlarla gücləndirirlər ki, Rusiya hücumunu dəf edə bilək. Rusiya isə öz problemləri ilə məşğul olduğu üçün yenidən aqressiyaya əl atmır. Sonra Putin ölür və biz itirdiklərimizi, heç olmasa, qismən geri qaytarmaq şansı əldə edirik", – Kuleba qeyd edib.
Bununla belə, keçmiş nazir vurğulayıb ki, bu, olduqca optimist ssenaridir:
"Bu gün üçün real ssenari – hərbi əməliyyatları dayandırmaq, ərazilərin itirilməsini və NATO üzvlüyündən imtinanı hüquqi cəhətdən qəbul etməmək, Avropaya yaxınlaşmaq, silahlanmaq və ümid etməkdir ki, müharibə heç vaxt yenidən başlamaz. Hazırda Ukraynanın maraqlarına ən uyğun gələn ssenari budur".
- Bu işçilərin maaşı artırıldı
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- Şeyx iftar mərasimi təşkil etdi
- Mövqelərimiz Basarkeçər istiqamətindən atəşə tutuldu
- Fərid Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşdü
- Nurlan Soltanova nazirlikdə yüksək vəzifə verildi
- Bayramov Veldkampla telefon danışığı apardı: Sülhə maneə...
- Əzizə həmin gün tədbirə gedirmiş... - İki il sonra həbs olundu - FOTO