Pulmonoloq Yelena Qorbaçova elektron siqaretlərin insan orqanizmə vurduğu zərərlərdən danışıb.
BUTA.TV xəbər verir ki, mütəxəssisi fikirlərini "RİA Novosti" agentliyi dərc edib.
"Elektron siqaretin tərkibində olan yağ kiçik damlacıqlara çevrilir. Orqanizm onu yad cisim hesab edə bilər və immun sistemi əks reaksiya verməyə başlayır. Nəticədə, mayenin yığılması ilə iltihablı bir proses meydana gəlir, bu da yağlı birləşmələrin müntəzəm inhalyasiyası ilə inkişaf edən pnevmoniyaya səbəb olur. Bu isə artıq ölümcül hal ilə nəticələnə bilər", - deyə pulmonoloq qeyd edib.
Mütəxəssis, həmçinin əlavə edib ki, elektron siqaret tənəffüs yollarında ağciyər toxumasını və selikli qişanı qurudur, infeksiyaların onlara keçməsini asanlaşdırır, eyni zamanda oksigen çatışmazlığı yaradır.
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video