Azərbaycanla saziş imzalanıb ratifikasiya olunsa və sabit sülh əlamətləri görünsə, AB müşahidəçiləri üçün yeni mandatın müzakirəsi mümkün ola bilər.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovhannisyan deyib.
Onun sözlərinə görə, bu mandat yalnız sərhəd xətti ilə məhdudlaşmaya bilər:
"Bu missiyanın həmçinin İrəvan və Bakı arasında etimad quruculuğu tədbirlərini dəstəkləmək və müxtəlif bölgələrdə potensialı inkişaf etdirmək kimi funksiyaları var. Gələcəkdə Avropa müşahidəçiləri ilə əməkdaşlığın davam etdirilməsi üçün uyğun bir model tapa biləcəyimizi düşünürəm”.
Bakının müşahidəçilərin Ermənistandan tamamilə çıxarılmasını tələb edə biləcəyi ehtimalına cavab olaraq Ovhannisyan bildirib ki, hazırda heç bir məsələdə tam əminlik yoxdur:
"Avropa müşahidəçiləri hərbi güc hesab edilirmi? Bu, sadəcə müşahidə missiyasıdır. Məntiqlə belə bir tələb olmamalıdır, amma dəqiq proqnoz vermək çətindi".
Nazir müavini sülh əldə olunarsa, müşahidə missiyasına ehtiyac qalmaya biləcəyini də vurğulayıb.
- Bir və Xəzər Universiteti memorandum imzaladı
- Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi
- Bakının 4 rayonunda su olmayacaq
- “Müqaviləmi yeniləyəndə gördüm ki, müəllim yerinə metallurq yazılıb” - Video
- İtkin düşmüş şəxslərlə bağlı rəqəmsal platforma istifadəyə verildi
- Nail Kəmərli Speys TV yeni veriliş aparacaq
- "Arzum 9999" məhkəmə zalında həbs olundu
- DSX-də ard-arda ölümlər - Nə baş verir?